AZ

Qəzzada dağıntıları təmizləmək 14 il çəkə bilər

Birləşmiş Millətlər Təşkilatının rəsmisi bildirib ki, İsrailin Qəzza zolağında apardığı dağıdıcı müharibə nəticəsində qalan partlamamış hərbi sursatlar da daxil olmaqla dağıntıların çıxarılması təxminən 14 il çəkə bilər.

News24.az xəbər verir ki, Qəzza zolağı mülki əhalinin əksəriyyətinin evsiz, ac və xəstəlik riski altında olduğu çöl ərazisinə çevrilib.

Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidmətinin (UNMAS) yüksək vəzifəli zabiti Pehr Lodhammar Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, müharibə əsasən şəhərləşmiş, sıx məskunlaşan bölgədə təxminən 37 milyon ton dağıntı buraxıb.

Qəzzada tapılan partlamamış hərbi sursatların dəqiq sayını müəyyən etmək mümkün olmasa da, müəyyən şərtlər daxilində dağılmış binaların dağıntıları da daxil olmaqla dağıntıların təmizlənməsinin 14 il çəkə biləcəyi təxmin edilir.

Günel Məlikzadə


Seçilən
10
Mənbələr
Şərh ()
Bağla