Yunanıstan Ukraynaya S-300 və Patriotları göndərmək çağırışlarını rədd edib. Baş nazir Mitsotakis, "Bu sistemlər Yunanıstanın hava məkanının qorunması üçün kritik əhəmiyyətə malikdir" dedi.
7NEWS.az xəbər verir ki, Yunanıstan Ukraynaya Rusiya istehsalı olan S-300 və ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemlərinin göndərilməsi tələblərini bir daha rədd edib. Yunanıstanın baş naziri Kyriakos Mitsotakis Skai televiziyasına verdiyi açıqlamada "Nə S-300-ləri, nə də Patriotları göndərəcəyik” deyib. Yunanıstanın hazırda Ukraynaya dəstək üçün müxtəlif müdafiə ləvazimatları verdiyini bildirən Mitsotakis, Yunanıstanın onun üçün həyati əhəmiyyət kəsb edən silah sistemlərini təmin edə bilməyəcəyini vurğuladı.
7NEWS.az