AZ

Stadionun yaxınlığında bomba tapıldı: Minlərlə insanın təxliyə edilir

“Maynts” klubunun stadionu yaxınlığında bomba tapılıb.

Publika.az xəbər verir ki, bu barədə “Sport1” məlumat yayıb.

“Çərşənbə günü “Maynts”ın doğma meydanı olan “Meva Arena” yaxınlığında İkinci Dünya Müharibəsi zamanı partlamamış bomba aşkar edilib. Cümə günü zərərsizləşdiriləcəyi gözlənilir.

Bununla əlaqədar klub baş məşqçi Bo Henriksenin mətbuat konfransını cümə günündən cümə axşamına təxirə salmalı olub. Klub ofisi və fan-şop da bağlanacaq.

Bundan əlavə, ərazidəki təxminən 4600 sakin müvəqqəti olaraq təxliyə ediləcək”, - məlumatda deyilir.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla