AZ

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Bakı, 26 aprel, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu Tatarıstanın Arxeologiya İnstitutu, Kazan Federal Universiteti, Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutu və Bolqar Dövlət Tarixi Memarlıq Muzey Qoruğu ilə birgə tələbələri və gənc arxeoloqları 2024-cü ilin XI beynəlxalq arxeoloji məktəbində iştiraka dəvət edir.

Arxeologiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, layihənin birinci mərhələsi iyulun 10-dan 25-dək Azərbaycan Respublikasının Şəmkir şəhərində, ikinci mərhələ isə avqustun 13-26-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar şəhərində keçiriləcək.

Şəmkirdə başlayan məktəbdə ilk olaraq memarlıq tikililəri, metal məmulatı və keramikanın çöl konservasiyası və bərpası, arxeoloji struktur və tapıntıların 3D-modelləşdirməsi istiqamətləri üzrə seminarlar və praktiki dərslər təşkil olunacaq.

İkinci mərhələ çərçivəsində Bolqar şəhərində paleoantropologiya, arxeozoologiya, arxeobotanika və paleotorpaqşünaslıq istiqamətləri üzrə xüsusi dərslər keçiriləcək.

Yay məktəbinin yekununda Şəmkirdə və Bolqar şəhərində “Arxeologiyada fənnlərarası tədqiqatlar: nailiyyətlər və çağırışlar” mövzusunda gənclərin beynəlxalq elmi-praktiki konfransı təşkil olunacaq.

 

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla