AZ

Çindən Almaniyaya qarşı demarş - casusluq ittihamına cavab

Pekin casusluq iddiaları ilə bağlı Berlinə sərt çıxış edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin brifinqdə bildirib.

“Çin casusluğu deyilən hadisə heç nədən yaranıb. Çin əsassız ittihamlara görə alman tərəfinə demarş elan edib”, - Vanq Venbin bildirib.

O, rəsmi Pekinin ölkəninı böhtan və iftiralara məruz qalmasına qarşı olduğunu bildirib və Berlindən ikitərəfli münasibətlərə xələl gətirmək cəhdlərinə qarşı ayıq-sayıq qalmasını tələb edib. "Biz zərərli spekulyasiyalara dərhal son qoyulmasını və Çin əleyhinə siyasi oyunlara son qoyulmasını tələb edirik", Van Venbin deyib.

Musavat.com

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla