AZ

Azərbaycanın ehtiyatı yetəri qədərdir ki, Ermənistanın qazla təchizatında çox ciddi paya sahib olsun – Ekspert

Bu yaxınlarda Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin Azərbaycandan qaz ala bilməsi ilə bağlı fikir səsləndirib. Bunun reallaşmasının yaxın zamanlarda mümkün ola biləcəyi maraqlı məqamlardandır.

Mövzu ilə bağlı sualı Herbiand.az-a cavablandıran iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycan təkcə öz təchizatında deyil, o cümlədən Avropanın 8-dən çox ölkəsinin enerji təhlükəsizliyində rol oynayır:

“O zaman ölkənin hasil etdiyi qazın həcmi həm də ölkənin 2,6 trilyon kub metrlik qaz ehtiyatları nəinki qonşuların, Avropanın bir çox ölkələrinin təchizatında rol oynamağa bizə imkan verir”.

Ekspert düşünür ki, Azərbaycanın ehtiyatı yetəri qədərdir ki, Ermənistanın qazla təchizatında çox ciddi paya sahib olsun:

“Bunun üçün atılmalı olan ilk addım sülh müqaviləsidir. Daha sonra infrastruktur layihələrin icrasıdır. Yəni boru kəmərlərinin çəkilməsi ilə bağlı işlərin başlanılması, layihə konsepsiyasının hazırlanması, layihələndirmə və icra. Bundan sonra proses artıq praktik olaraq gerçəkləşə bilər. Yəni bunun üçün sadəcə olaraq vacib detal siyasi razılaşmadır. İtisadi, texniki cəhətdən bunun heç bir problemi yoxdur. Düşünürəm ki, bu, gec və ya tez baş verəcək”.

 

Elnurə İSAXAN

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla