“Səbail”lə görüşdə zədələnən “Kəpəz”in oyunçusu Georgi Papunaşvili müalicə üçün vətəninə yollanıb.
İdmanxeber.az məlumat verir ki, 28 yaşlı yarımmüdafiəçi Gürcüstanda öz şəxsi həkiminin yanında müalicə alacaq.
Papunaşvilinin mayın 10-da keçiriləcək “Neftçi” ilə görüşdən sonra Gəncədə olacağı gözlənilir. Gürcüstanlının oyunçunun Misli Premyer Liqasının son 2 turunda oynayıb-oynamayacağına “Kəpəz”in həkim heyəti qərar verəcək.