AZ

Prezident İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Tədbirdə çıxış edən dövlətimizin başçı qeyd edib ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir. Bu qlobal tədbir üçün ölkəmizin bir ildən az vaxtı olduğunu vurğulayan Prezident İlham Əliyev yaxşı nəticələrin əldə edilməsi üçün hökumət tərəfindən ciddi işlər aparılır.

“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”, - deyən Azərbaycan Prezidenti 2022-ci ildə enerji sahəsində Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalandığını xatırladıb, bildirib ki, bu gün bizim Aİ-yə, bütövlükdə Avropa qitəsinə qaz təchizatımız artır.

Çıxışında Azərbaycanda yaşıl enerji ilə bağlı həyata keçirilən layihələrə toxunan dövlətimizin başçısı bu layihələrin xarici investorlar tərəfindən maliyyələşdirildiyini diqqətə çatdırıb: “Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”. Ölkəmizin dənizdə təsdiq edilmiş külək enerjisi potensialının 157 qiqavat həcmində olduğunu söyləyən Azərbaycan Prezidenti bildirib ki, bu, bizim potensialımızın göstəricisidir.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla