AZ

“Maynts” stadionunun yaxınlığında mərmi tapıldı

Təmir işləri zamanı “Maynts”ın ev stadionunun (Meva-Arena) yaxınlığında İkinci Dünya müharibəsindən qalma mərmi tapılıb.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Hazırda mərminin zərərsizləşdirilməsi istiqamətində işlər aparılır.
Klub onu da bildirib ki, aprelin 26-da zərərsizləşdirmə işləri ilə əlaqədar fan-şop və klub ofisi işləməyəcək.

“Footmercato” dərgisinin məlumatına görə, mərmi İkinci Dünya müharibəsi zamanı amerikan hərbçilərinə məxsus 500 kq-lıq bombadır. Bu, iki həftədən az müddətdə stadionun yaxınlığında tapılmış ikinci partlayıcı vasitədir.

Xatırladaq ki, aprelin 28-də Bundesliqanın 31-ci turu çərçivəsində Maynts şəhərindəki “Meva-Arena” stadionunda “Maynts” – “Köln” oyununun keçirilməsi nəzərdə tutulub.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla