Naxçıvan, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Naxçıvan Muxtar Respublikasında yerin təki sahəsinin istifadəyə verilməsi üzrə növbəti auksion təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik tərəfindən Babək rayonu ərazisindəki “Naxçıvançay 1” qum-çınqıl yatağından ayrılmış 2 hektar sahə hərraca çıxarılıb. Başlanğıc qiyməti 10 min manat olan auksion 14 min manatla yekunlaşıb. Auksionun qalibi "Naxçıvan Yol Təmir Tikinti" MMC şirkəti olub.