AZ

PFL prezidenti AFFA-nın yeni rəhbərliyindən inciyib

Peşəkar Futbol Liqasının prezidenti (PFL) Elxan Səmədov AFFA-nın yeni rəhbərliyindən incik düşüb.

O, İcraiyyə Komitəsinin (İK) üzvləri arasında yer almadığı üçün narazı qalıb.

PFL-in rəhbəri federasiyanın ali qərarverici orqanında təmsil olunmaq istəyib və müvafiq arzusunu müxtəlif vasitələrlə Rövşən Nəcəfin adamlarına çatdırıb.

Gəl ki, AFFA-nın sayca dördüncü prezidentinin çevrəsi Səmədovun mövqeyini nəzərə almayıb. Halbuki İK-də PFL vasitəsilə gələn heyətin sayı 5-dir.

E.Səmədov aylar öncə avtoqəza keçirib. Hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Səmədov ötən müddətdə irili-xırdalı 9 əməliyyat keçirib. Onun mayın sonuna kimi ara-sıra işə çıxması gözlənilir.

SPORTİNFO.AZ

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla