AZ

Acun daha bir klub alır: Görün hansı ölkəni seçib

Məşhur şoumen, iş adamı Acun Ilıcalı daha bir futbol klubunu almağı planlaşdırır.

Publika.az xəbər verir ki, İngiltərənin "Hall Siti" klubunun sahibi Ilıcalının budəfəki hədəfi Sloveniya təmsilçisi "Maribor"dur. Bu barədə açıqlama verən media patronu bunları deyib:

"Əsasən avrokuboklarda iştirak edə biləcək bir komandaya sahib olmaq istəyirik. Əlbəttə asan deyil, amma güclü komandamız olsa, Avropada mübarizə apara bilərik. Bu böyük bir üstünlük olacaq. Biz bütün diqqətimizi Sloveniyaya yönəltmişik, lakin mən heç nəyə zəmanət verə bilmərəm".

"Maribor" da potensial investorlarla, o cümlədən kluba ciddi sərmayə qoymaq istəyən Acun Ilıcalı ilə danışıqlar aparır.

Seçilən
17
15
Mənbələr
Şərh ()
Bağla