AZ

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir və Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər:

"Avropa Parlamentinin 24 aprel tarixində Azərbaycanla bağlı qəbul etdiyi qərar əsassız və qərəzlidir. Avropa Birliyi əsasnaməni qəbul edərkən Azərbaycanla məlum sahədə əməkdaşliq deyil,bölgənin geosiyasi gerçəkliklərinə münasibəti konteksindən yanaşmışdır.Azərbaycan Qərb regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsi məqsədilə həyata keçirmək istədiyi siyasətə dəstək verməkdən kənarda durması ona qarşı AB- nin sərgilədiyi qərəzin səbəbidir.Qərb Ermənistandan alət olaraq istifadə edib Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir, Azərbaycan isə prezidenti İlham Əliyevin simasında Rusiyanın Qafqaz dövləti olduğunu bildirir və onun Qafqazdan heç vaxt çəkilməyəcəyini bəyan edir. Nəticə etibarilə Qərb bəlli institutları vasitəsilə rəsmi Bakıya təzyiq göstərmək istəyir".


BiG.Az
Seçilən
16
Mənbələr
Şərh ()
Bağla