AZ

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

"Finala vəsiqə qazanmaq, ikinci yeri tutmaq da böyük uğurdur".

AZƏRTAC xəbər verir ki, bu sözləri kişi şahmatçılar arasında ikinci yeri tutan Məhəmməd Muradlı mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, finalda qarşılaşdığı Aydın Süleymanlının layiqli qələbə qazandığını bildirib: "Həlledici görüşdə bəzi səhvlər etdim. Aydın mənim yaxın dostumdur. Şahmat taxtasının qarşında isə rəqibimdir. Təəssüf ki, bu dəfə alınmadı".

M. Muradlı Azərbaycan millisinə dəvət almaq üçün əlindən gələni edəcəyini söyləyib: "Hazırkı durumda bu, real deyil. Çünki reytinqim aşağıdır".

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla