AZ

Qanunsuz yollarla Türkiyəyə keçən 22 miqrant saxlanılıb

Türkiyənin Hatay şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olan 22 xarici ölkə vətəndaşı yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Hatay Valiliyi məlumat yayıb.

Məlumata görə, polis Hatayın Belen rayonunda, Antakya-İskenderun avtomobil yolunda 4 şübhəli avtomobili saxlayıb.

Komandalar avtomobillərdə olan və ölkəyə qeyri-qanuni yollarla daxil olan 22 Suriya vətəndaşını yaxalayıb.

5 nəfər isə miqrant qaçaqmalçılığı iddiaları ilə saxlanılıb.

Saxlanılan şəxslərdən biri həbs edilib, digərləri isə şərti azadlığa buraxılıb.

22 xarici ölkə vətəndaşı deportasiya olunmaq üçün Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla