AZ

“Azərreyl” iki çempionluğu bir arada “yudu”

Voleybol üzrə Azərbaycan çempionatının qalibi olan “Azərreyl” 2023/2024 mövsümünün yekunu ilə bağlı tədbir keçirib.

Arena.az xəbər verir ki, tədbirə kişilər və qadınların Azərbaycan çempionatında qızıl medal qazanan komandalarla yanaşı, qızlar və oğlanlardan ibarət U-16 kollektivlərinin üzvləri də qatılıblar.

Klub rəhbərliyi uğur qazanan voleybolçuları təbrik edib, yeni mövsümdə daha güclü olmağı arzulayıb.

Ardınca viktorinalar keçirilib, qaliblərə hədiyyələr təqdim olunub. Tədbir bədii hissə ilə davam etdirilib.

Xatırladaq ki, “Azərreyl”in kişilərdən ibarət komandası 2023/2024 mövsümünün finalında “Murov”a 3:2 hesabıyla qalib gəlib. Klubun qadınlardan ibarət komandası isə həlledici oyunda “Abşeron”u 3:1 hesabıyla üstələyib.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla