AZ

İstanbulda terror törədən şəxsə 1794 il həbs cəzası verildi

PKK terror təşkilatının təlimatı ilə 13 noyabr 2022-ci ildə İstanbulun İstiqlal küçəsində törədilən terror aktı ilə bağlı məhkəmə tərəfindən yekun qərar qəbul edilib.

Bakupost.az türk mediasına istinadla xəbər verir ki, terror aktını törətməkdə günahlandırılan Əhlam Əlbəşir 7 dəfə ağırlaşdırılmış ömürlük həbslə 1794 il həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, 13 noyabr 2022-ci ildə törədilən terror aktı nəticəsində 6 nəfər həyatını itirib.
Seçilən
6
15
Mənbələr
Şərh ()
Bağla