AZ

Almaniyanı dəyişən türk yeməyi: Prezident belə səfərə onu özü ilə aparır

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin 60 kiloluq dönərlə Türkiyəyə ilk səfərinin əks-sədası davam edir. 1990-cı illərin əvvəllərində türk dönərinin alman cəmiyyətini necə dəyişdirdiyini araşdıran sosioloq Eberhard Seidel dönərin Almaniyada irqçiliyə qarşı təsirli olduğunu izah edir.

Publika.az xəbər verir ki, Ştaynmayer Türkiyə ziyarətinə özü ilə gətirdiyi 60 kiloluq türk dönəri və Almaniyada məşhur türk dönərçi Arif Keleşlə birlikdə başlayıb.

Almaniyanın Tarabyadakı səfirliyinin iqamətgahında qonaqlar üçün dönər kəsən Ştaynmayer "Almaniyada dönər kimi başqa bir fəst-fud satılmır" deyərək, onun artıq alman milli yeməyi olduğunu bildirib.

Ştaynmayerin "dönərli səfəri" diplomatik jestdən daha çox, Almaniya cəmiyyətində sosial reallığa işarə edir. Yazar Eberhard Seidel 1990-cı illərin əvvəllərində "Doner. Eine Türkisch-Deutsche Kulturgeschichte" (Dönər. Türk-Alman Mədəniyyət Tarixi) adlı sosioloji araşdırmasını nəşr etdirib. O, türk dönərinin Almaniyada türklərə qarşı irqçiliyin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla