AZ

Dünya nüvə müharibəsinin bir ADDIMLIĞINDA: Savaş Rusiya ərazisinə daxil olur

“Rusiya şəhərləri raketlərlə vurulsa, nüvə silahından istifadə qaçınılmaz ola bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya Ukrayna müharibəsinin gedişi, son zamanlar sülh müqaviləsinin imzalanacağı barədəki iddialar və reallıqları şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.

Şair Ramaldanov bildirib ki, nüvə müharibəsinin bir addımlığındayıq.

“Bütün müharibələr sülhlə qurtarır. Müharibə davam edərkən sülh danışıqları haqqında fikirlər səsləndirilir. Proseslərə nəzər salsaq, ABŞ tərəfindən pulun ayrılması diqqəti cəlb edir. Avropa ölkələri də bu məsələyə qoşulmaqla bağlı düşüncələr var. Pul ona görə ayrılır ki, müharibənin müddəti uzansın. Digər tərəfdən, pulun ayrılması Putini danışıqlara istiqamətləndirmək məqsədi də daşıya bilər.

Ukraynaya o qədər pul ayrılırsa, bu o deməkdir ki, rəsmi Kiyev müharibəni davam etdirməli olacaq. Bunun sonu nə ilə qurtaracaq demək çətindir. Ancaq hamı bilir ki, nüvə silahının istifadəsinin bir addımlığındayıq”, – deyə o əlavə edib.

Hərbi ekspertin sözlərinə görə, Rusiya tərəfi prinsip cəhətdən nüvə silahına əl ata bilər:

“Əgər ABŞ 300 km-dən uzaqdakı hədəfi vura bilən qanadlı raketləri Ukraynaya verməsi, digər ölkələrdən də bu tipli silahların ayrılması onu deməyə əsas verir ki, müharibə müəyyən şəkildə Rusiyanın ərazisinə daxil olacaq. Rusiya da bildirir ki, cavab atəşi olaraq silahların cəmləşəcəyi obyektləri, yolları hədəf alacaq. Bu atəşlər o biri atəşlər kimi yox, taktiki nüvə başlıqlı raketlərlə ola bilər. Nüvə silahı ilə bağlı hər hansı bir beynəlxalq tədbirlərdə, kosmosda nüvə silahının yerləşdirilməsi məsələsinə də Rusiya veto qoydu. Rusiya hər dəfə göstərir ki, hər an bundan istifadə edə bilərəm.

Hazırda Rusiya irəliləyir. Ayrılan vəsait silaha çevrilib Ukraynaya çatana qədər xeyli vaxt keçəcək. Belə olduğu halda, ən optimal variant sülh müqaviləsinin bağlanmasıdır”.

Səxavət Məmməd

Seçilən
92
50
Mənbələr
Şərh ()
Bağla