AZ

Almaniyanın xarici işlər naziri NATO-nun baş katibi ilə gizli görüşüb

Almaniyanın xarici işlər naziri Annalena Barbok NATO rəhbəri Yens Stoltenberqlə gizli görüşdə iştirak edib.

Editor.az bu barədə “Bild”ə istinadla xəbər verir. Nəşrin məlumatına görə, görüş Berlindəki Telegraphenamt otelinin restoranında baş tutub və təxminən üç saat davam edib.

Bundan əvvəl Bild-in fotoqrafı Maykl Körner siyasətçiləri yeddi mühafizəçinin əhatəsində oteldən çıxarkən şəklini çəkib. Nəşr qeyd edir ki, Stoltenberq iyulda Vaşinqtonda keçirilməsi planlaşdırılan NATO sammitinə hazırlıq məsələlərini müzakirə etmək üçün Almaniyaya gəlib. Bundan əvvəl alyansın baş katibi Polşaya səfər edib və baş nazir Donald Tusk ilə görüşüb və onunla Ukraynaya dəstək və Avropanın müdafiə problemlərini müzakirə edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla