AZ

Bu bölgədə yeni müharibə

Filippinə aid “Sierra Madre” adlı köhnə döyüş gəmisi müharibəyə səbəb ola bilər.Metbuat.az bildirir ki, bununla bağlı proqnozu “The Washington Post” rəsmilərə və təhlükəsizlik analitiklərinə istinadən açıqlayıb. Məlumata görə, gəmi Filippin və Çin arasında gərginliyin artmasına səbəb olub. Həmçinin, gəmi ABŞ-ı Sakit Okeanda silahlı münaqişəyə cəlb edə bilər.Filippin 1999-cu ildə gəmini bilərəkdən quruya çıxarıb. Bu qərar Cənubi Çin dənizində Çinlə mübahisəli ərazi olan Spratli arxipelaqında öz hüquqlarını möhkəmləndirmək üçün verilib.

Məqalədə bildirilir ki, Asiyada növbəti müharibə bu köhnə gəmidən asılıdır. Bu ilin martında Çin Xarici İşlər Nazirliyi Filippini Cənubi Çin dənizində Renai rifində təxribatları dayandırmağa çağırıb.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla