AZ

Silikon Vadisində Azərbaycan dilində 2-ci “Breyn Rinq” oyunu təşkil olunub

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət təşkilatının dəstəyi, Nurlan Şükürlü və Ülvi Verdiyevin təşkilatçılığı ilə Azərbaycan dilinin və mədəniyyətinin yaşadılması və Amerika azərbaycanlılarının arasında əlaqələrin gücləndirilməsi məqsədi ilə ikinci Breyn Rinq yarışması keçirilib.

Yarışma Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə başlanıb.

Yarışmada iştirak edən 8 komanda, zəngin intellektual bilikləri ilə diqqətləri cəlb ediblər.

Komandalar arasında gedən qızğın mübarizə nəticəsində yarışmanın qalibi "Billionaires" komandası olub. İkinci yeri "Kaçok Nəbi" komandası, üçüncü yeri isə "Silicon Valley Azerbaijan" komandası qazanıb.

Qaliblər sertifikat və medallarla təltif olunmaqla yanaşı, birinci yerin sahibi “Billionaires” komandasına kubok və pul mükafatı təqdim olunub. 

Kaliforniyada keçirilən Breyn Rinq yarışması yerli azərbaycanlılar arasında mədəniyyətimizi, dilimizi, milli mənsubiyyətimizi qorumaq üçün əhəmiyyətli bir platformadır.

Fasilə arasında istedadlı gəncimiz Cavid Hüseynlinin skripka ifası, Şimali Kaliforniya azərbaycanlıları həvəskarlardan ibarət yeni yaradılmış “Sound of fire” musiqi qrupunun rəhbəri Anar Allahverdovun və onun qrupunun nağara ritm çıxışı yarışmanın mədəni və rəngarəng havasını artırıb.

Həmyerlilərimizin istəyini və həvəsini nəzərə alaraq, təşkilatçılar ilin gələcək aylarında oyunun növbəti buraxılışların həyata keçirlməsini planlaşdırır.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla