AZ

Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edildi

Bakı. Trend:

Azad olunmuş ərazilərdə ilk dəfə olmaqla Laçında “Laçında peşəöyrən!” adlı peşə yarmarkası keçirilib.

Bu barədə Trend-ə Əmək vəƏhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki DövlətMəşğulluq Agentliyindən məlumat verilib.

Peşə yarmarkasında Laçın şəhəri və Laçının Zabux kəndi əhalisinərayonda fəaliyyət göstərən 15-ə yaxın işəgötürən tərəfindən 40-dançox peşə istiqaməti təqdim olunub, master-klaslar keçirilib.

Yarmarkaya qatılan şəxslərə peşələr barədə və həmin istiqamətlərüzrə tədrisin həyata keçirildiyi müəssisələr barədə məlumatverilib.

Bildirilib ki, Agentlik işğaldan azad olunmuş ərazilərimizinsakinləri üçün peşə kurslarının təşkili işlərini davam etdirir.Kurslara cəlb edilən şəxslərə əmək bazarının tələblərinə uyğunpeşələr üzrə bilik və bacarıqlar öyrədilir. Kursları bitirənlərinişlə təminatına da dəstək göstərilir.

Məqalədə:
Seçilən
40
6
Mənbələr
Şərh ()
Bağla