AZ

UEFA rəsmisindən Azərbaycan klubuna şad xəbər

2024/25 mövsümündə Premyer Liqada komandaların sayının artırılması gündəmdədir.

Offsideplus.az xəbər verir ki, I Liqa təmsilçilərindən birinə “hazırlaşın” tapşırığı verilib.

Söhbət “İmişli”dən gedir. Sponsoru, İdarə Heyəti olan klubun tək problemi stadion məsələsidir. “Çəhrayı pələnglər” bunun həlli istiqamətində işlərə başlayıb. Hətta bir neçə gün öncə UEFA-nın stadion inspektoru Nebojsa İvkoviç İmişliyə səfər edib. Qurum rəsmisi arenanın ot örtüyünün dəyişməli olduğunu, soyunub-geyinmə, hakimlər, AFFA nümayəndəsi otaqlarının bərpa olunmasının vacibliyini klub rəhbərliyinin diqqətinə çatdırıb. Bundan əlavə, Nebojsa İvkoviç ofsayd və VAR kameralarının olduğu çəkiliş yerinin dəyişdirilməsinin lazım olduğunu qeyd edib.

Maraq üçün bildirək ki, arena tutumu 8500 nəfərlikdir. Bu problemlər həll olunacağı təqdirdə, “İmişli” Premyer Liqaya, hətta avrokuboklara vəsiqə qazanarsa, ev oyunlarını doğma meydanda keçirə bilər.

İradə Hatəmi

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla