AZ

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:

"Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquqi aktlar qəbul etmək və yaxud da regionla bağlı məsələlərin müzakirəsini keçirməkdir. Artıq neçənci dəfədir ki, Avropa Parlamenti onun sərhədində çox uzaqda yerləşən dövlətlərlə bağlı aqressiv və həmin ölkənin daxili işinə qarışacaq qərarlar qəbul edir. Son illərdə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin sayı çoxdan itib. Bu parlament qurumu özünü dünyanın siyasi prakuroru kimi aparır. Ölkələrin daxili işinə qarışır. Dünyada əminamanlığı və qarşılıqlı anlaşmanı təbliğ etmək əvəzinə ölkələri sıraya düzərək dərs deməyə və onların yerinə qərar qəbul etməyə çalışır. Bu cür yanaşma qəbul edilməzdir.

Azərbaycan öz problemlərini həll etmək gücünə malikdir. Kimsə bizə demokratiya dərsi, insan hüquqlarını qorumaq dərsi keçməsin. Azərbaycan bu məsələlərdə kifayyət qədər ciddi naliyyətlər əldə edib. Vətəndaşının hüquqlarını qorumaq gücünə malikdir. Azərbaycan vətəndaşın demokratik mühitdə yaşamasını təmin edib. Bir-iki radikalın gözü ilə Azərbaycana baxmaq Avropa Parlamentinə şərəf gətirmir. Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir. Bu baxımdan düşünürəm ki, qəbul olunan qətnamə qərəzlidir və Azərbaycanla Avropanın arasında qurulan etimad körpüsünə kölgə salır".

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla