AZ

Kirmanda sosial media fəalları həbs edilib

İranın Kirman əyalətinin Zərənd şəhərində 5 sosial media kanalı bağlanılıb və onların adminləri barədə cinayət işi açılıb.

Bu barədə Zərənd şəhərinin Ümumi və İnqilab prokuroru Rza Yaqubi məlumat verib.

O, bağlanan sosial media kanallarını vulqarlığı təbliğ etmək və qaydaları pozmaqda günahlandırıldıqlarını iddia edib.

Saxlanılanların kimliyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, aprelin 19-da İsrailin İrana hava zərbələri endirməsi ilə bağlı paylaşım edən onlarla sosial media fəalı həbs edilib.

visiontv.az



Seçilən
26
Mənbələr
Şərh ()
Bağla