AZ

Daha bir həkim Şirvan Şəhər Mərkəzi Xəstəxanasında işə başladı

Daha bir həkim Şirvan Şəhər Mərkəzi Xəstəxanasını seçib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, anestezioloq-reanimatoloq Təkləvi Nadir Musa oğlu Şirvan ŞMX-nın II Reanimasiya anesteziologiya və intensiv terapiya şöbəsində xidmət göstərəcək.
 

O, 22 may 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 2015-2016-cı illərdə İstanbul Egitim Araşdırma Xəstəxanasında təkmilləşmə keçib.

 

1998-1999-cu illərdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında anesteziologiya-reanimasiya üzrə interantura keçib.

 

Nadir Təkləvi 1999-2004-cü illərdə Sumqayıt şəhər 2№-li Xəstəxanasında, 2004-2017-ci illərdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında, 2017-2022-ci illərdə Gəncə Müalicə Diaqnostika Mərkəzində həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2022-2023-cü illərdə Gəncə Memorial Hospital “MMC”-də, 2023-2024-cü illərdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkim anestezioloq-reanimatoloq işləyib.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla