AZ

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub.
 
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb.
 
Bildirilib ki, aşkar olunmuş fotosənəd 1945-ci ildə Bakı kinostudiyasında lentə alınmış “Arşın mal alan” (rej. R.Təhmasib və N.Leşşenko) bədii filminə aiddir. Azərbaycan Dövlət Film Fonduna orijinal şüşə neqativdə təhvil verilmiş fotosənəd Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin şəxsi arxivinə daxildir.
Bu günədək heç bir kino tədqiqatında istifadə olunmayan bu fotoşəkil bərpa olunmuş şəkildə Dövlət Film Fondunun rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur.
Seçilən
59
8
Mənbələr
Şərh ()
Bağla