AZ

Azərbaycan klubunun baş məşqçisi üçün mövsüm bitib

“Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov cəzalandırılıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Çalışdırıcı II Liqada XXII turun “Kür-Araz” – “Ağdaş” oyunundakı hərəkəti üzündən cəza alıb. O, matçın 49-cu dəqiqəsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra ədalət təmsilçilərini təhqir edib.

Baş məşqçi bu davranışa görə 5 oyunluq cəzalanıb. Mövsümün sonuna 4 tur qaldığı üçün Ağdaşın eyniadlı komandası çempionatı baş məşqçisiz bitirəcək. Klub Hüseynova görə 400 manat cərimə edilib.

İdman.biz

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla