AZ

"Qarabağ" təlim-məşq toplanışı üçün bu ölkəni seçdi - ÇL-də ilk oyun nə vaxtdır?

style='margin-bottom:10px;'>

2023/24 mövsümü Azərbaycan Premyer Liqasının qalibi "Qarabağ"ın yay təlim-məşq toplanışı keçirəcəyi ölkə müəyyənləşib.

QOL.az-ın əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisi əvvəlki illərdə olduğu kimi, bu dəfə də hazırlığı Avstriyada keçəcək. Qurban Qurbanovun komandası Çempionlar Liqasının təsnifat mərhələsinə məhz həmin ölkədə hazırlaşacaq. Təlim-məşq toplanışının iyunun ikinci ongünlüyü aralığında başlanacağı gözlənilir. Ağdam klubunun Zalsburg şəhəri yaxınlığındakı Kessen bölgəsində təlim-məşqi nəzərdə tutulub. Hazırlıq prosesi zamanı bir neçə yoxlama oyunu da təşkil olunacaq. Hələlik rəqiblər təsdiqlənməyib.

Ağdam klubunun orada konkret neçə gün qalacağı isə ÇL-in birinci təsnifat mərhələsinin püşkatmasının nəticəsindən asılı olacaq. 

O ki qaldı Çempionlar Liqasına, yarışın birinci və ikinci təsnifat mərhələlərinin püşkü iyunun 18 və 19-da atılacaq. Birinci mərhələnin oyunları 9/10 iyul və 16/17 iyul, ikinci mərhələnin matçları isə 23/24 iyul və 30/31 iyulda keçiriləcək.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla