AZ

Kənar şəxslərin meydana girməsi "Qarabağ"ı ziyana saldı

"Qarabağ" klubu cərimələnib.

Futbolpress.az xəbər verir ki, İntizam Komitəsi "atlılar"ı yarımfinalın "Neftçi" ilə cavab oyunundan sonra meydançaya kənar şəxslərin girməsinə görə 800 manat cərimələyib.

"Qarabağ" "Neftçi"ni 4:1 hesabıyla məğlub edib. İki oyunun nəticəsinə görə, ümumi hesabda 8:1 üstün olan "atlılar" finala yüksəlib. Komandanın rəqibi "Zirə" olacaq.
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla