AZ

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzən şagird valideyni tərəfindən təhsildən yayındırılır. Bəs uşağı təhsildən yayındıran valideyn və şəxslərə hansı cəza tətbiq olunur?

Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Sonxeber.az-a açıqlama verib.

ÖvladlarınıVəkil məsələyə aydınlıq gətirib:

Kimisə təhsil hüququndan məhrum etmək yolverilməzdir və həmin şəxs qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunur:

"Azərbaycan Respublikası Konstitusiyasına əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə – xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək məbləğdə cərimə edilir. Belə əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda – 60 manatdan 100 manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsinə əsasən, təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə - fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 5 min manat məbləğində cərimə edilir.

Vəkil eyni zamanda, "Uşaq hüquqları haqqında" qanunun 22-ci maddəsində uşaqların icbari ümumi orta təhsildən yayındırılmasının qadağan olunduğu qeyd edilib.

"Ailə Məcəlləsinin 51-ci maddəsində isə qeyd olunur ki, valideynlik hüquqlarından sui-istifadə halları zamanı uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 52-ci maddəsi isə uşağa ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək hüququ yaradır.

Qanunvericiliyin də məzmunundan göründüyü kimi, şəxsi təhsil hüququndan məhrum etmək yolverilməzdir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur".

Gülcahan Məmmədova

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla