AZ

Müharibədən qayıdan rusiyalılar həmvətənlərini öldürür

Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edərək vətənə qayıdan Rusiya hərbçiləri artıq 200-dən çox həmvətənliini öldürüb və ya şikəst ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə “Verstka” nəşri yazıb.

O hesablayıb ki, müharibə başlayandan indiyədək geri qayıdan hərbçilər ölümlə nəticələnən qəsdən adam öldürmə və sağlamlığa ağır zərər vurma da daxil olmaqla, insan tələfatı ilə nəticələnən azı 84 cinayət törədiblər.

Bu hərəkətlər nəticəsində 107 rusiyalı ölüb, 100-dən çoxu isə ağır yaralanıb.

Söhbət yalnız hüquq-mühafizə orqanları tərəfindən rəsmi qeydə alınan, 176 hərbçinin təqsirləndirildiyi, onlardan 91-inin əfv olunduğu cinayətlərdən gedir.

 


Telegram kanalımız
Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla