AZ

Azərbaycanın Qırğızıstanı görmək istədiyi Orta Dəhlizin rolu günü-gündən artır

Qırğızıstanın Qarabağda məktəb tikintisi ilə bağlı xoşməramlı jesti azad edilmiş ərazilərin bərpasına praktik töhfə verməklə yanaşı, həm də simvolik məna daşıyır.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Azərbaycan-Qırğızıstan İkitərəfli Münasibətləri müasir mərhələdə: Strateji Tərəfdaşlığın Genişləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada bildirib.

“Son zamanlar ölkələr arasında ikitərəfli münasibətlərin dinamikası keyfiyyətcə dəyişir və inkişaf edir. Azərbaycan Qırğızıstanla investisiya layihələri həyata keçirir. Düşünürəm ki, əlaqələr bundan sonra da inkişaf edəcək”, - o qeyd edib.

F.Şəfiyevin sözlərinə görə, Azərbaycanın Qırğızıstanı görmək istədiyi Orta Dəhlizin rolu günü-gündən artır.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla