AZ

Premyer Liqa klubunun 14 futbolçusu zəhərləndi - Qalmaqal yaşandı

style='margin-bottom:10px;'>

Rusiya Premyer Liqa klubu "Soçi"nin futbolçuları xoşagəlməz hadisə ilə üzləşiblər.

QOL.az xəbər verir ki, hadisə 21-ci turun "Axmat"a qarşı səfər matçından bir neçə saat əvvəl baş verib. "Soçi"nin baş məşqçisi Robert Moreno bildirib ki, oteldə etdikləri nahardan sonra komandanın 14 futbolçusu və texniki personaldan 5 nəfərin səhhətində problem yaranıb. Sonradan onların hamısının naməlum qidadan zəhərləndiyi məlum olub.

Halı pisləşən futbolçuların hamısı məskunlaşdıqları oteldə qalmalı olublar. Digərləri isə stadiona yollanıblar. Çünki oyunun təxirə salınmasına icazə verilməyib. Bu da Soçi klubunun təəccübünə və narazılığına səbəb olub. Oyunun özü isə "Axmat"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Axmat"ın vitse-prezidenti Axmed Aydemirov "Matç TV"yə bildirib ki, onlar futbolçuların zəhərləməsi ilə bağlı araşdırmada iştirak etməyə hazırdırlar. Matçın niyə təxirə salınmaması ilə bağlı suala cavabında klub rəsmisi bildirib ki, onların belə bir qərar vermək hüququ yoxdur. O bildirib ki, klub baş verənlərdən çox gec xəbər tutub.

"Soçi"nin baş məşqçisi Robert Moreno isə baş verənləri biabırçılıq adlandırıb. Onun sözlərinə görə, 14 futbolçusunun zəhərlənməsinə baxmayaraq, oyun təxirə salınmayıb.

Qeyd edək ki, "Soçi" 25 oyundan 19 xalla sonuncu - 16-cı yeri tutur. "Axmat" isə bu qələbədən sonra xalını 26-a yüksəldib və 12-ci yeri tutur.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla