AZ

ABŞ əsgərləri Qəzzada müvəqqəti limanın tikintisinə başlayıb

Pentaqon ABŞ əsgərlərinin bölgəyə humanitar yardım axınını sürətləndirmək məqsədi ilə Qəzzasahillərində müvəqqəti liman tikintisinə başladığını açıqlayıb. Lakin fələstinli mülki vətəndaşlara lazım olan ərzaqları çatdırmaq üçün kompleks plan təhlükəsizlik və yardımın necə bölüşdürüləcəyi ilə bağlı narahatlıqlarla doludur.

Pentaqonun sözçüsü general-mayor Patrik Rayder jurnalistlərə deyib: “Mən təsdiq edə bilərəm ki, ABŞ hərbi gəmiləri, o cümlədən USNS Benavidez dənizdə müvəqqəti limanın və keçid yolunun ilk fazalarının tikintisinə başlayıblar”.

Kipr və İsraildəki koordinasiya qrupları da daxil olmaqla, minə yaxın ABŞ əsgəri tikintiyə dəstək verəcək.

Mövsüm

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla