AZ

Bərdədə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO

Bərdə Rayon İcra Hakimiyyətinin Samuxlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə E.Məmmədov adına Samux kənd tam orta məktəbdə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbirdə Bərdə RİHB-nın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, sahə müvəkkilləri, məktəb rəhbərliyi, pedaqoji heyət və şagirdlər, valideynlər iştirak ediblər.
 
Tədbirdə mövzu ətrafında çıxışlar edilərək ətraflı məlumatlar verilib. Tədbir zamanı verilən sualların cavablandırılması təmin edilib və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılıb.
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla