AZ

“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO

“SABAH.incubation”
"SABAH.HUB İnnovasiya Mərkəzi çərçivəsində yer alan, və startap ideyaların reallaşmasına dəstək olan “SABAH.incubation” tərəfindən iki günlük "Green Hackathon" tədbiri həyata keçirilmişdir. 100-dən artıq şəxsin iştirakı ilə keçirilmiş tədbirdə “Dünyanı daha yaşıl və sağlam etmək” startap ideyalarını təqdim etmək məqsədi ilə yenilikçi gənclər, münsiflər qismində SABAH.HUB İnnovasiya Mərkəzi və partnyorların nümayəndələri çıxış etmişdir.
İlk gün, iştirakçılara çıxış mərasimi, "Kick-off" sessiyası, "Green" ideya formalaşdırılması və "Green" ideya problemlərinin həlli üçün sessiyalarında aktiv iştirak etdilər. Hackathon prinsipinə uyğun olaraq, iştirakçılar 2 gün ərzində mentorlar və “SABAH.HUB” nümayəndələrin köməyi ilə təqdimatlara hazırlaşdılar. Tədbirin ikinci günü formalaşmış 20-dən artıq komandalar biznes təqdimatlarını jüri qarşısında təqdim etdilər. Yarış sonunda, aşağıdakı komandalar qalib gələrək investisiya mükafatlarına layiq görülmüşdür: • 1-ci yer - Ecoffin by Codage – 5.000 AZN dəyərində; • 2-ci yer - Green Stone – 3.000 AZN dəyərində; • 3-cü yer - EcoGuardians – 2.000 AZN dəyərində. Həmçinin, 11 komanda SABAH.incubation proqramında iştirak vəsiqəsi qazandı. Jüri üzvləri sırasında Orxan Abbasov (“SABAH.HUB”), Mübariz Şahbazlı (UNEC Startup Incubator), Tuğra Musayeva (PASHA Holding), İlham Əsgərli (SOCAR), Xeyrəddin Mehdizadə (SOCAR) kimi sektorda tanınmış şəxslər yer aldı. Tədbirin təşkilatçısı “SABAH.incubation” olmaqla, mentor və logistika dəstəyi “UNEC Startup Incubator” Mərkəzi, Matrix Academy, Bakı Dizayn Akademiyası tərəfindən təmin edilmişdir. Media partnyoru kimi Trilogy.news fəaliyyət göstərdi. “SABAH.incubation” tərəfindən təşkil olunan "Green Hackathon" tədbiri, startap ekosistemini gücləndirmək və daha yaşıl bir dünya üçün yenilikçi həllər yaratmaq missiyası ilə davam etdiriləcəkdir. Qeyd edək ki, “SABAH.HUB” İnnovasiya Mərkəzi 2 ildən artıq olan fəaliyyət dövrü çərçivəsində 100-lərlə startapın inkişafına dəstək və 3000+ şəxsin innovasiya ekosistemi haqqında məlumatlandırılmasına nail olub. Ümumilikdə isə 1.19 mln AZN-dən çox məbləğdə şəbəkəsində olan startapların investisiya almasına dəstək olub. “SABAH.HUB” İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com veb-saytına keçid edin". Reklam hüququnda
Seçilən
68
Mənbələr
Şərh ()
Bağla