AZ

Azərbaycanda 1, 3 və 5 qəpiklər LƏĞV OLUNUR? - AÇIQLAMA

Azərbaycanda 1, 3 və 5 qəpiklər LƏĞV OLUNUR? - AÇIQLAMA

Bəzən 1,3 və 5 nomiallı qəpiklər lazımi anda köçməyə çatır, bəzən də heç əhəmiyyət belə verilmir. Bu qəpiklər gündəlik həyatımızda daha az istifadə olunur. Hətta gündəlik alış-veriş zamanı bizə qalıq kimi qaytarılanda bəzən olur onları heç götürmürük. Marktlərdə elə olur ki, bu qəpikləri qəbul belə etmir yaxud əksinə. Vətəndaşlar arasında təbii ki, bu qəpikləri lazımsız sayanlarda az deyil. Bu qəpiklərə belə laqeyd münasibət yarandığı təqdirdə 5 qəpikdən aşağı olan nominallar ləğv edilə bilər?

Mövzu ilə bağlı hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, həmin qəpiklər qanuni ödəniş vasitəsidir və hər kəs onları qəbul etməlidir:

"Kimsə etmirsə, qanunu pozur. Xüsusilə ictimai-iaşə və ticarət subyektləri bu addımı atırsa, onlar istehlakçıların hüquqlarını pozurlar. Onlar barəsində İqtisadiyyat Nazirliyinə şikayət edə bilərlər. Mütləq şəkildə bu nominalda olan qəpikləri qəbul etməlidirlər. Digər tərəfdən, bu qəpiklər çox az istifadə olunur. Amma demək olmaz ki, tamamilə bu qəpiklərin istifadəsi sıradan çıxıb. Bəzi mağazalar və marketlərdə problemlər yaşana bilər. Amma düşünmürəm ki, bu qəpiklər ləğv olunsun. Həm də bizim milli valyutamız sabitdir. Biz deyə bilmərik ki, ölkədə inflyasiya baş alıb gedir, manat qiymətdən düşür. Çünki belə bir hal yoxdur. Bizim milli valyutamız olan manat dünyada kifayət qədər yüksək məzənnəyə malik olan bir valyutadır. Azərbaycanda 1 dollar 1 manat 70 qəpikdir. Dünyada belə məzənnəyə malik olan valyutalar azdır. Ona görə də qəpiklərin dövriyyədə qalmasına ehtiyac var".

Sevda Səfərova

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla