AZ

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı


Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində bağlanış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Türkiyə və Rusiya səfirləri, həmçinin digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.
2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununla əlaqədar Rusiya Sülhməramlı Kontingenti də bir neçə gün əvvəl Qarabağ bölgəsini tərk etməyə başlayıb.
Xatırladaq ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılacağı barədə Türkiyə Milli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.
Seçilən
112
10
Mənbələr
Şərh ()
Bağla