AZ

Vidadi İsayev Bərdənin Qaradəmirçi kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rayonun Qaradəmirçi kəndində səyyar qəbul-görüşü keçirilib.
 
Moderator.az xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Qaradəmirçi kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
 
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kənddə 2 km uzunluqda suvarma kanalının lildən təmizlənməsi, içməli və suvarma məqsədilə yeni artezian quyularının qazılması, elektrik enerjisinin verilməsində fasilələr yarandığı, həmçinin dirəklər və naqillərin köhnə olduğu üçün elektrik şəbəkəsinin yenidən qurulması, 2 km uzunluqda olan baş yolun asfaltlanması, subartezian quyusunun dərinlik nasosunun məhsuldarlığı az olduğu üçün yenisi ilə əvəz olunması, əkinə yararlı və həyətyanı torpaq sahəsinin verilməsi, fərdi yaşayış evinin üstündən keçən təhlükə törədən 10 kv-luq elektrik xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
 
Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla