AZ

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

Tədqiqat:

Bakı, 26 aprel, AZƏRTAC

Aparılan yeni tədqiqat göstərib ki, qadınların öz həmcins həkimləri tərəfindən müalicə edilməsi ölüm nisbətlərinin və xəstəxanaya təkrar qəbulların sayının azalmasına səbəb olur.

AZƏRTAC “The Jerusalem Post” nəşrinə istinadla xəbər verir ki, tədqiqatçılara görə, qadın xəstələrdə ölüm nisbəti qadın həkimlər tərəfindən müalicə olunduqda 8,15 faiz olub, həkimin kişi olduğu zaman isə bu rəqəm 8,38 faiz təşkil edib. Bu, klinik baxımdan böyük fərq hesab olunur.

Hazırda bütün dünyada tibb ixtisası üzrə təhsil alan qadın tələbələr tibb fakültələrində təhsil alanların təxminən yarısını təşkil edir. Mütəxəssislər hesab edirlər ki, bu tendensiya müxtəlif səbəblərə görə müsbətdir. Los-Ancelesdəki Kaliforniya Universitetinin yeni kəşfi də göstərir ki, qadın həkimlər tərəfindən müalicə olunan xəstələrin daha az ölüm nisbəti və xəstəxanaya qayıtması ehtimalı var.

Tədqiqat “Annals of Internal Medicine” jurnalında “Daha az ölüm riski ilə əlaqəli bir qadın həkim tərəfindən müalicə olunmaq” sərlövhəsi ilə dərc edilib. Kaliforniya Universitetinin professorları Devid Qeffen, Yusuke Tsuqava Tsuqavaya görə, nəticələr göstərir ki, qadın və kişi həkimlər dərmanı fərqli şəkildə tətbiq edirlər və həmin fərqlər xəstələrin sağlamlıq vəziyyətinə təsir göstərir. Onlar əlavə ediblər ki, həkimin cinsiyyətini xəstənin müalicəsinin nəticələri ilə əlaqələndirən əsas mexanizmlər və qadın həkimlərdən müalicə almağın faydasının qadın xəstələr üçün daha böyük olması ilə bağlı əlavə araşdırmalar çox səmərəlidir.

Tədqiqatçılar 2016-2019-cu illərdə 458.100 qadın və 319.800 kişi xəstəsi üçün “Medicare” iddia məlumatlarını araşdırdılar. Onlardan 142,500 və 97,500-ü və ya hər ikisinin təxminən 31 faizi qadın həkimlər tərəfindən müalicə olunub. Əsas nəticələr xəstəxanaya yerləşdirildiyi andan 30 günlük ölüm və xəstəxanadan çıxma tarixindən 30 günlük təkrar qəbulla bağlı olub.

Tədqiqatçılar bu fərqlərə səbəb olan bir neçə amili göstərirlər. Onlar təklif edirlər ki, kişi həkimlər qadın xəstələrin xəstəliyinin şiddətini lazımınca qiymətləndirə bilərlər. Əvvəlki araşdırmalar kişi həkimlərin qadın xəstələrinin ağrı səviyyələrini, mədə-bağırsaq və ürək-damar simptomlarını və insult riskini lazımi səviyyədə qiymətləndirmədiyini qeyd edib ki, bu da gecikmiş və ya natamam müalicəyə səbəb ola bilər. Qadın həkimlər qadın xəstələrlə daha yaxşı ünsiyyət qura bilər ki, bu da pasiyentlərin daha yaxşı diaqnoz və müalicəyə aparan vacib məlumatları təqdim etməsi ehtimalını artırır. Nəhayət, qadın xəstələr həssas müayinələrdən keçmək və qadın həkimlərlə ətraflı söhbətlər aparmaqla daha rahat ola bilərlər.

Y.Tsuqava bildirib ki, kişi və qadın həkimlərin dərmanı necə və niyə fərqli şəkildə tətbiq etdikləri, bunun xəstənin müalicəsinə təsiri ilə bağlı daha çox araşdırmaya ehtiyac var. “Qeyd etmək vacibdir ki, qadın həkimlər yüksək keyfiyyətli tibbi xidmət göstərirlər və buna görə də daha çox qadın həkimlərin olması cəmiyyətə daha çox fayda gətirir”, -deyə professor vurğulayıb.

Seçilən
56
6
Mənbələr
Şərh ()
Bağla