AZ

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Professor

Bakı, 26 aprel, AZƏRTAC

Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur. Əqli mülkiyyəti bir anlayış kimi dəstəkləmək üçün onun müəlliflik hüququ olmalıdır. Buradan belə bir sual meydana gəlir: müasir müəlliflik hüququ və digər hüquqlar əqli mülkiyyəti qoruya bilirmi? Müəllifliyi qorumaq üçün ən vacib şərt ondan ibarətdir ki, biz müəllifliklə bağlı bütün incə məqamları müəllif hüququ məkanında deyil, ilk növbədə sosium-mədəniyyət məkanında baxmalıyıq.

AZƏRTAC xəbər verir ki, bunu aprelin 26-da Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, zaman keçdikcə müəlliflik anlayışı dəyişir: “Bunun bir çox səbəbləri var. Ən vacib olanı texnologiyaların inkişaf etdirilməsidir. Belə bir şəraitdə biz əqli mülkiyyət anlayışını yenidən dərk etməliyik. Əqli mülkiyyət və onun qorunma sənədi özlüyündə xidmət deyil. Bunun iqtisadi nəticələrini, iqtisadiyyatın inkişafında rolunu aydınlaşdırmaq lazımdır. Onun sosial effektini, sosiologiyaya aid hissəsini də qorumaq lazımdır”.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla