AZ

Almaniya gizli şəkildə Ukraynaya “Taurus” raketlərini verməlidir -Təhlükəsizlik üzrə ekspert

Almaniyada təhlükəsizlik üzrə ekspert və siyasi məsləhətçi olan Niko Lange hesab edir ki, Berlin gizli şəkildə Ukraynaya uzaqmənzilli “Taurus” qanadlı raketləri verməlidir.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat yayıb.

ABŞ gizli şəkildə Ukraynaya uzun mənzilli ATACMS raketlərini çatdırıb. İndi, Almaniya “Taurus” qanadlı raketlərini Ukraynaya verməlidir. Mümkündürsə, gizli” - Lange X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz bir daha bildirib ki, Almaniya hakimiyyətinin Ukraynaya "Taurus" raketlərini göndərməmək qərarı dəyişməyib. O, raketlərin Kiyevə göndərilməsi ehtimalını dəfələrlə rədd edib. Onun sözlərinə görə, bu cür raketlərdən səmərəli istifadə etmək üçün alman qoşunlarının iştirakı lazımdır və onun keçmək istəmədiyi “qırmızı xətt” məhz budur.

Bundan əvvəl “The New York Times” ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadla yazıb ki, Vaşinqton mart ayında Ukraynaya 100-dən çox ATACMS uzun mənzilli taktiki ballistik raketlər, eləcə də onların kaset sursatları ilə variantını təhvil verib.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla