AZ

İrana qarşı birləşirlər - Yeni hərbi ittifaq qurulur

İranın İsrailə hücumundan sonra Yaxın Şərqdə anti-İran ittifaqı yaratmaq üçün ilkin şərtlər yaranıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Foreign Affairs” (FA) yazır.

ABŞ-nin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun analitikləri hesab edirlər ki, İrandan İsrailə atılan raketlərin zərərsizləşdirilməsində iştirak edən regional və beynəlxalq koalisiya Tehrana qarşı regional ittifaq yaratmaq potensialını göstərir.

Aprelin 13-dən 14-nə keçən gecə İran İsrailə 185 PUA, 150-yə yaxın raket atıb. Tehran bunun İranın Suriyadakı konsulluğuna hücuma cavab olduğunu bildirib.

İsrail İrana cavab olaraq aprelin 19-da İsfahan vilayətində bir sıra hədəfləri vurub.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
12
Mənbələr
Şərh ()
Bağla