AZ

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Ombudsman:

Bakı, 26 aprel, AZƏRTAC

Ombudsmanın fəaliyyət istiqamətləri bir çox sahələri əhatə edir. Bu sıraya şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanılan insanların hüquqları, miqranların, əlilliyi olan şəxslərin hüquqları, uşaq hüquqları, gender bərabərliyi, ayrı-seçkiliyin formaları, əqli mülkiyyət hüququnun qorunması və s. daxildir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva aprelin 26-da keçirilən “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda dəyirmi masada söyləyib.

O vurğulayıb ki, əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini bir yenilikdir. Bu termini Bakı Dövlət Universitetində fəaliyyət göstərən dəyərli alimlərimiz tələbələr, gənc hüquqşünaslar arasında geniş yaymalıdırlar.

Səbinə Əliyeva vurğulayıb ki, Ermənistan ölkəmizə qarşı bir çox müharibə cinayətləri törədib. Həmçinin əsrlər boyu milli-mədəni irsimizi, rəqs nümunələrimizi, kulinariya incilərimizi mənimsəməyə çalışıb. Professor Kamran İmanovun erməni yalanlarının ifşa edilməsi ilə bağlı yazdığı kitablar və həmin nəşrlərin xarici illərdə olan nümunələri qiymətli mənbələrdir.

Seçilən
2
1
Mənbələr
Şərh ()
Bağla