AZ

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Bakı, 26 aprel, AZƏRTAC

“Böyük Qayıdışa dair I Dövlət proqramı”nın icrası çərçivəsində bitkilərin Qarabağ ərazisində yayılmasına dair monitorinq aparılıb, ərazidə yayılan nadir, endemik, dərman bitkiləri tədqiq edilib, göbələk və yosun nümunələri toplanılıb. Monitorinqin nəticəsi ilin sonunda nəşri gözlənilən “Qarabağ florası” adlı kitabda əks olunucaq.

Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib.

Həmçinin bildirilib ki, institutun təşkilatçılığı ilə aprelin 22-dən 26-dək Laçın şəhərində və Zabux kəndində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Şərqi Zəngəzur və Qarabağın biomüxtəlifliyinin tədqiqi” mövzusunda dəyirmi masa (hibrid formatda) keçirilib.

Tədbir Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə və “Simurq” kitabxanasında təşkil olunub. Dəyirmi masada institutun bir qrup alim və mütəxəssisi, Elm və Təhsil Nazirliyinin nümayəndələri, məktəbin direktoru, müəllim-şagird heyəti iştirak ediblər.

Tədbirdə “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” adlı kitab və Azərbaycan florasında yayılan arıların, ev quşlarının müalicəsində, baytarlıq təbabətində istifadə edilən 100-dən çox dərman bitkisi haqqında məlumatlar toplanmış 3 buklet və 2 broşur barədə məlumat verilib. Bildirilib ki, bu ədəbiyyatlar məktəbin kitabxanasına hədiyyə edilib, eləcə də yerli icmalara paylanılıb.

Dəyirmi masada müəllim və şagirdlərin suaları cavablandırılıb.

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla