AZ

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Masallının

Bakı, 26 aprel, AZƏRTAC

Bu gün axşam saatlarınadək Masallının bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

AZƏRTAC-a “Azərişıq” ASC-dən bildirilib ki, “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110 /35/10 kV-luq “Masallı” yarımstansiyasından qidalanan 35 kV-luq Əminli hava xətti təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Bununla əlaqədar bugün saat 14:00-dan saat 17:00-dək rayon ərazisinin bir sıra hissələrində, Seybətin, Xırmandalı, Əminli, Kürdxanlı, Dəlləkli, Qarğalıq kəndlərində enerji verilişində fasilələr yaranacaq.

Bütün işlər yekunlaşdıqdan sonra elektrik enerjisinin verilişi tam təmin ediləcək.

Seçilən
9
9
Mənbələr
Şərh ()
Bağla