AZ

İsrail və Hizbullah bir-birinə zərbələr endiriblər

İsrail hərbçiləri gecə saatlarında “Hizbullah” şiə təşkilatının Livandakı silahlı qanadının obyektlərinə silsilə yeni hücumlar həyata keçirib. Vətəninfo.az xəbər verir ki  , bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Son məlumata görə, Livan tərəfi tərəfindən İsrailin şimalındakı Har Dov dağı istiqamətində iki tank əleyhinə raket buraxılışı qeydə alınıb. Bu zərbə nəticəsində bir mülki israilli həlak olub.

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələrinin (İDF) tankları və artilleriyası hücumların mənbələri istiqamətində atəş açıb. Onlar Livanın cənubundakı Şaba təpəsindəki atış meydançasına hücum ediblər.

IPB-nin məlumatına görə, bu zərbədən bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Kfar Şuba təpələrində və Livanın cənubundakı Markaba qəsəbəsi yaxınlığında Hizbullahın infrastruktur obyektlərinə zərbələr endirib.

Öz növbəsində “Al Mayadeen” telekanalı bildirib ki, “Hizbullah” silahlı birləşmələri Yuxarı Qalileydə İsrail yaşayış məntəqələrini yaylım atəşi sistemləri ilə atəşə tutub.

Şiə qüvvələrinin İsrail ərazisinə ən azı 10 raket atdığı, güclü partlayışların baş verdiyi qeyd edilir. İsrail ordusunun Ruveysatdakı mövqelərinin atəşə tutulduğu Kfar Şuba təpəsi istiqamətində də atəş açılıb. Nəşrin məlumatına görə, yaralıları xilas etmək üçün İsrail helikopteri əraziyə enib.

Bundan əvvəl Hizbullahın hərbi informasiya xidməti məlumat vermişdi ki, şiə döyüşçülər Ed Duheyr sərhəd məntəqəsi yaxınlığında bir qrup İsrail əsgərinə hücum edib, nəticədə 4 əsgər yaralanıb.

Seçilən
18
50
Mənbələr
Şərh ()
Bağla