AZ

Türkiyənin 35 bölgəsinə xəbərdarlıq edildi - FOTO

Şimali Afrikadan gələn və Cənubi Yunanıstan üzərində narıncı duman yaradan çöl tozu Türkiyəyə də təsirini göstərməyə başlayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bununla bağlı artıq ölkənin 35 bölgəsinə xəbərdarlıq edilib.

Sözügedən ərazilərə Adana, Adıyaman, Afyonkarahisar, Amasya, Ankara, Antalya, Aydın, Bolu, Burdur, Çankırı, Çorum, Denizli, Eskişehir, Gaziantep, Hatay, Isparta, Mersin, Kastamonu, Kayseri, Kırşehir, Konya, Kütahya, Malatya, Kahramanmaraş, Muğla, Nevşehir, Niğde, Ordu, Samsun, Sinop, Sivas, Tokat, Şanlıurfa, Uşak, Yozgat, Zonguldak, Aksaray, Karaman, Kırıkkale, Bartın, Karabük, Kilis, Osmaniye, Düzce kimi ərazilər daxildir. 

Ölkənin hidrometerologiya xidmətindən verilən məlumatda gecə, saatlarından etibarən Aralıq dənizi, Mərkəzi Anadolu, Şəqri və Cənub-qərbi Anadolu hissəsində Şimali Afrikada yayılan çöl tozunun daha təsirli olacağı bildirilib. 

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla